Son beş ayda 15 minə yaxın şəxsə əlillik təyin edilib


14:44     18 İyun 2021 21_06_18_1624014237.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-may ayları ərzində 15 minə yaxın şəxsə əlillik təyin edib.

Femida.az xəbər verir ki, onlardan 4700 nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır.

Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 790