Oğuzda yük maşını qaz xəttini qırıb - 40 abonent qazsız qalıb


19:19     18 İyun 2021 qaz1.jpg

Bu gün axşam saatlarında Oğuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, Balakən istiqamətində hərəkətdə olan "Mercedes" markalı yük avtomobili idarəetmədən çıxaraq qaz xəttini qırıb. Nəticədə həmin ərazidə yaşayan təqribən 40 abonentə "mavi yanacağ"ın verilməsi dayandırılıb.

Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin Oğuz Qaz İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.

Qaz xəttinin qırılması nəticəsində yaxınlıqdakı bir neçə sayğac da yararsız vəziyyətə düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 957


Oxşar xəbərlər