Kürdəmir sakini bıçaqlanıb


21:09     18 İyun 2021 bicaq.jpg

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə Yenikənd kəndində qeydə alınıb. İyirmi dörd yaşlı rayon sakini Heydərov Xəyal Şücaət oğlu aralarında yaranan mübahisə zəminində rayon sakini Baxşıyev Yaşar Faxrət oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 960