Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşdü


09:30     21 İyun 2021 21_06_21_1624255856.jpg


Avropa çempionatının A qrupunda Bakı Olimpiya Stadionunda təşkil edilmiş İsveçrə - Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FIFA-nın prezidenti Gianni İnfantino ilə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Femida.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə AVRO-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb.

FIFA-nın prezidenti təşkilati işlərlə bağlı məmnunluğunu bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 776