Xarici terror təşkilatlarına qoşulan azərbaycanlıların ailə üzvləri ölkəyə qaytarılıb


11:19     21 İyun 2021 21_06_21_1624259963.jpg


Əvvəllər xaricdə terrorçu qruplara qoşulan adamların ailə üzvlərinin bir qismi Azərbaycana qaytarılıb.

Femida.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.

M.Qurbanlı bildirib ki, qaytarılanlar arasında qadın və uşaqlar var və onlarla bağlı reabilitasiya mərkəzi yaradılıb: “Dini komitə də həmin reabilitasiya prosesində iştirak edir. Ümumilikdə Azərbaycandan xaricdə terror qruplarına qatılanların sayı çox azdır”.

M.Qurbanlı bildirib ki, əvvəllər xarici terrorçu qruplara qoşulanlar olub: "Artıq Azərbaycandan xarici terrorçu qruplara qoşulanlar yoxdur, belə hallar qeydə alınmır. Hüquq-mühafizə orqanlarının apardığı profilaktik işlər, o cümlədən də ideoloji tədbirlər nəticəsində bu cür halların qarşısı alındı”.

Femida.az

Açar sözlər:

Oxunub: 140