Azad olunan ərazilərdə 28 Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, 120-dən çoxu yaralanıb


13:20     21 İyun 2021 2021/06/cba83e54-6cf7-3ec7-a7a3-906025c95310_850_1624267305.jpg

“Mina problemi qarşımızda duran çox ciddi məsələlərdən biridir. Ermənistanın minaladığı torpaqlarda noyabrın 10-dan indiyədək minaların partlaması nəticəsində 28 Azərbaycan vətəndaşı həlak olub, 120-dən artıq insan yaralanıb”.
Femida.az
xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.

Nazir əlavə edib ki, Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Açar sözlər:

Oxunub: 508