Prezident İlham Əliyev: "Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir"


15:24     21 İyun 2021 21_06_21_1624274686.jpg

"Bildiyiniz kimi, Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir".

Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən deyib.

"Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik", - dövlət başçısı bildirib.

Açar sözlər:

Oxunub: 785