Kooperasiya Universitetinin dekanı vəfat edib


15:59     21 İyun 2021 21_06_21_1624275842.jpg

Azərbaycan Kooperasiya Universitetinin Pedaqoji fakültəsinin dekanı Zakir Əliyev vəfat edib.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, Z.Əliyev 64 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Z.Əliyev 1957-ci il fevralın 5-də Cəlilabad rayonu Gülməmmədli kəndində anadan olub. O,2014-cü ildən isə “Pedaqoji” fakültənin dekanı vəzifəsində çalışırdı.

Z.Əliyev 1979-1985-ci illərdə Cəlilabad rayonunda orta məktəbdə müəllim, tədris işləri üzrə direktor müavini və məktəb direktoru işləyib. 1985-ci ildən hazırki dövrə qədər AKU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1989-cu ildə "VII-IX -əsrlərdə Azərbaycanda pul tədavülü " mövzusunda disertasiya işini müdafiə edərək "Tarix elmlər namizədi" adını alıb. 1993-cü ildə humanitar fənlər üzrə dosent elmi adını alıb. 5 elmi əsərin, 1 monoqrafiyanın, 82 elmi məqalənin müəllifidir.

1993-cü ildən 2003-cü ilə qədər “Humanitar” fənlər kafedrasının müdiri, 2007-ci ildən 2012-ci ilə qədər “Tarix” kafedrasının müdiri, 2012-ci ilin fevral ayından, 2014-cü il sentyabr ayına qədər “Magistratura” şöbəsinin müdiri vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 639


Oxşar xəbərlər