BMT nümayəndəsi Azərbaycan Ombudsmanı ilə görüşüb


17:49     21 İyun 2021 2020/06/sebine-ombudsman_1590997347.jpg

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzai Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ilə görüşüb.

Femida.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi tvitterdə məlumat yayıb.

Tərəflər insan haqlarının təşviqi və qorunması üçün BMT-Azərbaycan tərəfdaşlığını, BMT-nin insan hüquqları mexanizmləri ilə əlaqənin dəstəklənməsini, vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlığı, eləcə də COVID-19 pandemiyasından və münaqişədən sonrakı bərpa işlərinə insanyönümlü yanaşmanı müzakirə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 551