Azərbaycanda daha 28 nəfər COVID-19-a yoluxub


17:53     21 İyun 2021 2021/01/covid_yeni_1610459785.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 599 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 959 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 115, ötən müddət ərzində isə ümumilikdə 3 680 977 test aparılıb.

Açar sözlər:

Oxunub: 621