Vaksinasiya ilə bağlı təbliğat kampaniyası davam edir - VİDEO


18:24     21 İyun 2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir.

Femida.az xəbər verir ki, qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə — vaksinasiyaya yönəltməkdir.

Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.

Kampaniya çərçivəsində paylaşılan sosial media məzmunu peyvənd haqda dolaşan yanlış fikirlərə aydınlıq gətirmək məqsədilə hazırlanmışdır. Burada şərti obrazlar doğru və yanlışı təcəssüm etdirirdilər. Buna görə də onların adı müvafiq olaraq “Həqiqət” və “Əfsanə” olaraq seçilmişdir. Vaksinasiya ətrafında gedən söhbətləri sadə və yaradıcı yolla izah edə bilmək əsas hədəf kimi düşünülmüşdür.

Qeyd etmək yerinə düşər ki, bu məzmun “Peyvənd olunaq — darıxdığımız həyatı qaytaraq” şüarı altında həyata keçirilən təbliğat kampaniyasının bir hissəsi idi.

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılmışdır.

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılmışdır.

Açar sözlər:

Oxunub: 676