Şabranda yanan restoran söndürüldü


19:08     21 İyun 2021 2021/06/60d0a8a0b557b60d0a8a0b557c162428739260d0a8a0b557860d0a8a0b557a_1624288159.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) Şabranda restoranda baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Femida.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 14:09-da FHN-in "112" qaynar telefon xəttinə Şabran rayonunda restoranda yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 14:14-də hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlayıblar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı qısa müddət ərzində alınaraq tam söndürülüb.

İlkin məlumata görə, restorana aid ərazidə ümumi sahəsi 330 m² tikilinin yanar konstruksiyaları və açıq ərazidə 0,2 ha sahədə quru ot yanıb. Restoranın ərazisində olan digər tikililər (ümumi sahəsi 460 m²) yanğından mühafizə olunub.

Açar sözlər:

Oxunub: 281