Balakəndə yol qəzasında yeniyetmə ağır xəsarət alıb


22:04     21 İyun 2021 motosikler.jpg

Balakəndə yol qəzasında 16 yaşlı yeniyetmə ağır xəsarət alıb.


Femida.az-ın məlumatına görə, hadisə rayonu Qabaqçöl qəsəbəsinin inzibati ərazisində baş verib.

Rayonun Talalar kənd sakini, Zəfər Məmmədovun idarə etdiyi “Qaz 3110” markalı minik avtomobili ilə rayonun Qabaqçöl qəsəbəsinin Qaysa kənd sakini, 16 yaşlı Yaşaq Adil oğlu Çerçiyevin idarə etdiyi qoşqulu motosklet toqquşub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Y.Çerçiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 263