Qala qəsəbəsində sürücü qəza törədib


09:47     22 İyun 2021 21_06_22_1624340873.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Novruzov Rüfət Şəmsəddin oğlu idarə etdiyi avtomobili yol qırağındakı maneəyə çırpıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 688