Bakıda gənc məktub yazaraq özünü biznes mərkəzindən atıb


12:01     22 İyun 2021 21_06_22_1624348919.jpg

“Azure” biznes mərkəzinin 15-ci mərtəbəsindən düşən gəncin intihar etdiyi məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü Elvin Məmmədov binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən özünü atıb.

O, özünü binadan atmamışdan əvvəl məktub yazıb.

Məktubda qeyd edilir: “Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.




Açar sözlər:

Oxunub: 333