Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb
13:31 22 İyun 2021
İyunun 22-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qonağı salamlayan general-polkovnik Z.Həsənov Azərbaycan-NATO əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və hərbi qulluqçularımızın Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni diqqətə çatdırıb.
Müxtəlif sahələrdə aparılan Azərbaycan-NATO əməkdaşlığının əsas məqsədinin Avro-Atlantik məkanda, həmçinin dünya miqyasında vahid təhlükəsizlik sisteminin yaradılmasında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılması olduğunu qeyd edən Müdafiə naziri bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Öz növbəsində diviziya generalı M.Tokel Alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etdiyini xüsusi qeyd edib. O, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 616
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu xəstəlikdən vəfat edib
- Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edilib
- Müdafiə Nazirliyi əsgərlər üçün kitab toplayır
- Müdafiə Nazirliyi ev almaq istəyən hərbçilərə müraciət edib
- Müdafiə Nazirliyi əsgərin sosial şəbəkələrdə yaydığı fikirlərə münasibət bildirib
- Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışı olub
- Müdafiə Nazirliyi azad olunan ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb