Kəlbəcərin elektrik enerjisi ilə təminatına 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM


14:22     22 İyun 2021 kelbecer.jpg


Prezident İlham Əliyev Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb.

Femida.az-ın məlumatına görə, sərəncama əsasən Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24 milyon 500 min manat ayrılıb.

Femida.az


Açar sözlər:

Oxunub: 725