Paytaxtın 85 faizi kanalizasiya ilə təmin olunacaq


17:14     22 İyun 2021 21_06_22_1624368306.jpg


Bakı şəhərinin Baş Plan çərçivəsində yaşayış komplekslərinin 85 faizinin tamamilə kanalizasiya şəbəkəsi ilə təmin olunması nəzərdə tutulur.

Femida.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli deyib. O bildirib ki, bununla bağlı müxtəlif tədbir və hədəflər irəli sürülüb.

"Bu hədəflərə kanalizasiya şəbəkəsinin yağış kanalizasiya sistemindən ayrılması, suyun təkrar istifadə edilməsi, dənizə birbaşa çirkli suların axıdılması kimi halların qarşısının alınması da daxildir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov qeyd edib ki, hazırda Bakının 12 rayonunda kanalizasiya şəbəkəsi ilə təmin olunma 50 faizdir. O bildirib ki, bu gün Böyük Şor, Zığ gölü, Bülbülə gölü, Binəqədi gölü, Lökbatanda Üçgölün, ümumilikdə 9 gölün reabilitasiyası və tezliklə bərpası nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 413