Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb


17:50     22 İyun 2021 2021/06/direktor-musahibe_1624369888.jpg

Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, müsahibə mərhələsində ümumilikdə 77 namizəd iştirak edib.

Hazırda müsahibə nəticələrinin təhlili prosesi aparılır. İyul ayının əvvəlində müsahibənin yekun nəticələri barədə namizədlərin şəxsi səhifələrində məlumatlar yerləşdiriləcək.

Qeyd edək ki, sonuncu mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü qiymətləndirilib.

Açar sözlər:

Oxunub: 797