Koçaryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi


22:20     22 İyun 2021 2018/09/kocaryan_1536730210.jpg

Sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan” bloku Mərkəzi Seçki Komissiyasına qarşı məhkəmə iddiası qaldırıb.

Femida.az xəbər verir ki, bu barədə “datalex.am” saytı məlumat yayıb.

Blok məhkəmənin MSK-nın 19 iyun qərarını qismən etibarsız hesab etməsini və hakim "Vətəndaş müqaviləsi" partiyasına xəbərdarlıq etməsi tələbini irəli sürüb.

Xatırladaq ki, “Ermənistan” bloku 17 iyun tarixində MSK-ya müraciət edərək, seçki kampaniyası dövründə “Vətəndaş müqaviləsi” partiyasının inzibati resurslardan, xüsusən də çox sayda polis işçisindən, xidməti avtomobillərdən, mətbuat xidməti işçilərindən və hətta rəsmi "Facebook" səhifəsindən istifadə etdiyini bildirib.

19 iyun tarixində MSK blokun şikayətini rədd etmək barədə qərar verib.

Ermənistanda iyunun 20-də erkən parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası səslərin demək olar ki, 54% -ni qazanaraq böyük fərqlə qalib gəlib. "Ermənistan" bloku 21,4%, "Şərəfim var" bloku 5,23% səs alıb. Bu üç qüvvə yeni parlamentdə təmsil olunacaq.

Açar sözlər:

Oxunub: 535