İlham Əliyev: “Ermənilər şəhərləri 30 il ərzində sistematik şəkildə dağıdıblar”


14:40     23 İyun 2021 2021/06/60d30dfd1b84f60d30dfd1b850162444441360d30dfd1b84c60d30dfd1b84e_1624444932.jpg

“Onlar şəhərləri müharibə zamanı, Birinci Qarabağ müharibəsi zamanı deyil, ondan sonra dağıdıblar”.

Femida.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosla görüşündə deyib.

Dövlət başçısının sözlərinə görə, onlar bunu Birinci Qarabağ müharibəsi dayanandan sonra demək olar ki, 30 il ərzində sistematik şəkildə bir neçə səbəbdən dağıdıblar: “Birincisi, bütün tikinti materiallarını götürmək üçün. Çünki evlər sökülmüş, daşlar aparılıb. Bu, oğurluq idi. İkinci səbəb azərbaycanlılara geri qayıtmağa imkan verməmək idi. Çünki onlar düşünürdülər ki, total dağıntıdan sonra heç kim qayıtmayacaq. Təkcə şəhərlərdə deyil, kəndlərdə də, - siz digər istiqamətlərə gedəndə, məsələn Cəbrayıla, siz Füzulidə də olmusunuz, - Zəngilanda, Qubadlıda vəziyyət eynidir. Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq”.

Azərbaycan Prezidenti bildirib ki, biz artıq bütün səylərimizi toplamışıq, bütün resurslarımızı səfərbər etmişik: “Böyük infrastruktur layihələrinə artıq başlanıb. Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik”.

Açar sözlər:

Oxunub: 248