Rusiya gəmisi Qara dənizdə Britaniya hərbi gəmisinə atəş açıb
16:08 23 İyun 2021
Rusiya gəmisi Qara dənizdə Böyük Britaniyanın hərbi gəmisi istiqmətində xəbərdarlıq atəşi açıb.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Qara dəniz donanması Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə birlikdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Defender” tipli minadaşıyan gəminin Qara dənizdə sərhədi pozduğunu aşkarlayıb.
Sərhəd keşikçi gəmisi xəbərdarlıq atəşi açıb, Su-24M bombardmançı təyyarəsi isə xəbərdarlıq məqsədli bomba atıb.
“Britaniya gəmisi sərhədi pozaraq, 3 km dərinliyə qədər irəliləyib. Gəmi sərhədi pozacağı təqdirdə, silah tətbiq olunacağı barədə xəbərdarlığa məhəl qoymayıb. Belə olan halda keşikçi gəmisi xəbərdarlıq atəşi açıb. Bundan 11 dəqiqə sonra isə Su-24M təyyarəsi “Defender” gəmisinin hərəkət kursu üzrə xəbərdarlıq bombası atıb. Qara dəniz donanması və Sərhəd Xidmətinin birgə səyi nəticəsində Britaniya gəmisi Rusiyanın ərazi sularını tərk edib”, - deyə Rusiya MN-in məlumatında bildirilir.
Oxunub: 621
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib