Masallıda süni göldə boğulan 18 yaşlı oğlanın meyiti tapılıb


22:41     23 İyun 2021 21_06_23_1624470180.jpg

Masallıda sututarda boğuluan 18 yaşlı gəncin meyiti tapılıb.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Babakücə kəndi ərazisində, süni göldə 2003-cü il təvəllüdlü Əliyev Xəyal Kamal oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən X.Əliyevin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 415