Lənkəranda silahlı insident zamanı iki nəfər öldürülüb


10:25     24 İyun 2021 21_06_24_1624516037.jpg

Lənkəranın Havzava kəndində baş vermiş silahlı insident zamanı qətlə yetirilən şəxslərin adları məlum olub.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, kənd sakini Seymur Sərraf oğlu Şirinov aralarında yaranan münaqişə zəminində əmisi oğlu Elmar Sərdar oğlu Fərəcova və bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevə öv tüfəngindən atəş açaraq qətlə yetirib. Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. İnsidentin təfərrüatları barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 719