Azərbaycan Əlcəzairlə qarşılıqlı investisiyaların artırılmasını müzakirə edib


11:14     24 İyun 2021 21_06_24_1624517156.jpg

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhak ilə görüş keçirilib.

Bu barədə Femida.az-a AZPROMO-dan bildirilib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən qeyri-neft məhsullarının ixracı və qarşılıqlı investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Təmsil etdiyi qurumun fəaliyyətindən danışan AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi üçün görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib.

S.Abdelhak iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, bu sahədə işgüzar görüşlərin önəmini vurğulayıb.

İşgüzar görüşdə Azərbaycan və Əlcəzair arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması, həmçinin Əlcəzairdə fəaliyyət göstərən xarici ticarətin təşviqi üzrə Milli Agentlik (ALGEX) ilə əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb.

Açar sözlər:

Oxunub: 675