Bakıda 40-a yaxın məktəbin direktoru vəzifəsi boşdur


11:43     24 İyun 2021 21_06_24_1624517461.jpg

"Bu il Bakı şəhəri üzrə 40-a yaxın məktəbə direktor vəzifəsinə vakant yer çıxarılıb".

Femida.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

İdarə müdiri qeyd edib ki, hazırda Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsi davam edir: "Güman edirik ki, bu nüsabiqələr vasitəsilə vakant yerlərin hamısına direktor təyin edə biləcəyik".

Açar sözlər:

Oxunub: 494