ABŞ kəşfiyyatı: Əfqanıstan hakimiyyəti devriləcək


12:12     24 İyun 2021 21_06_24_1624517956.jpg

ABŞ kəşfiyyatı Əfqanıstan hakimiyyətinin devrilmə təhlükəsi ilə üzləşdiyinə dair xəbərdarlıq edib.

Femida.az xəbər verir ki, bunu “Wall Street Journal” ABŞ kəşfiyyatındakı mənbələrə istinadən yazıb.

Məxfi xidmət əməkdaşlarının qənaətincə, ABŞ ordusu tamamilə çıxandan sonra Əfqanıstan prezidenti Əşrəf Qəni 6 ay - 2 il ərzində devriləcək.

Qeyd edək ki, Əfqanıstan ərazisinin yarısından çoxuna “Taliban”ın nəzarət etdiyinə dair xəbərlər yayılıb.

Xatırladaq ki, ABŞ keçmiş prezidenti Donald Tramp 2020-ci il fevralın 29-da “Taliban”la qoşunların ölkədən çıxarılmasına dair razılıq əldə etmişdi. 2021-ci il mayın 1-dən isə bu proses başlayıb və sentyabr 11-də qoşunların çıxarılmasının başa çatacağı planlaşdırılır.

Açar sözlər:

Oxunub: 690