On bir mindən çox hərbçiyə “Xocavəndin azad olunmasına görə” medalı verilib


11:52     24 İyun 2021 21_06_24_1624521193.jpg


Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 11 min 831 hərbi qulluqçu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. Təltif olunanların 1-i general-leytenant, 3-ü general-mayor, 21-i polkovnikdir.

TAM SİYAHI

Açar sözlər:

Oxunub: 739