Bir qrup hərbçi “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI


13:13     24 İyun 2021 21_06_24_1624527302.jpg

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Təltif edilənlərin 20-si polkovnik, 57-si polkovnik-leytenantdır.



“Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilənlərin siyahısı

Femida.az

Açar sözlər: #medal   #təltif   #sərəncam   #prezident   #Şuşa  

Oxunub: 589