Azərbaycanda vəkillərin sayı 2 mini ötdü


13:51     24 İyun 2021 21_06_24_1624528399.jpg

Azərbaycanda vəkillərin sayı 2025-ə çatıb.

Femida.az xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş 98 namizədin təntənəli surətdə andiçmə mərasimi keçirilib.

Bununla da, son 3 ildə Vəkillər Kollegiyası üzvlərinin sayı 2.5 dəfə artaraq, 840-dan 2025-ə çatmışdır.

İclas zamanı vəkilliyə namizədlər vəkil andı içib, vəkillik sahəsində son dövrdə həyata keçirilən islahatlar və görülən işlər ilə bağlı fikirlərini söyləyib, o cümlədən bu peşəni seçdikləri üçün məmnun olduqlarını bildiriblər.

Sonda iclasda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #femida  

Oxunub: 877