Goranboyda yabanı halda bitən çətənə kolları məhv edilib


10:55     25 İyun 2021 21_06_25_1624603066.jpg

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-A verilən məlumata görə, ümumi çəkisi 3 ton olan, 4 800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Açar sözlər:

Oxunub: 724