İyunun 28-i avtobuslar işləyəcək? - Rəsmi açıqlama


10:59     25 İyun 2021 21_06_25_1624603249.jpg

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Femida.az-A bildirilib ki, 26 İyun - Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir.

Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi, 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.

Açar sözlər:

Oxunub: 1140