Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib


14:06     25 İyun 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg

İyun ayının 29-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək.


Şuradan Femida.az-a verilən məlumata görə, vaksinasiya 31 may 2021-ci il tarixdə vaksinin birinci dozası tətbiq edilmiş jurnalistlərə aiddir. Onlara vaksinin ikinci dozası tətbiq ediləcəkdir.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.

Açar sözlər:

Oxunub: 949