Ərdoğan: "Şuşada qardaşlarımızın qurtuluş sevincinə ortaq olduq"


17:12     25 İyun 2021 2021/06/3af1eab8-071e-3a6f-8b1e-c013906c8ef6_850_1624626842.jpg

“Ötən günlərdə Şuşaya gedərək, orada qardaşlarımızın qurtuluş sevincinə ortaq olduq”.

Femida.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda qapalı stadionun açılışı mərasimindəki çıxışında bildirib.

“Ölkəmizə qurmaq istədikləri tələni yerlə yeksan etdik. Ssenariləri boşa çıxdı. Ötən günlərdə Şuşaya gedərək orada qardaşlarımızın qurtuluş sevincinə ortaq olduq. Əgər Türkiyə xaricdə belə güclü təhlükəsizlik qurşağı yaratmasa, vətən torpaqlarında hüzur və rifah içində yaşamağımza imkan verməzlər”, - vurğulayıb.

Açar sözlər:

Oxunub: 801