Şəmkirdə avtomobillər toqquşub, gənc qadın xəsarət alıb


20:58     26 İyun 2021 21_06_26_1624723626.jpg

Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az -ın məlumatına görə, rayonun Sabirkəndində "Hyundai Sonata" "VAZ-2106" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "VAZ-2106" yoldan çıxaraq aşıb. Qəza nəticəsində Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Pəri Sadıqova xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 861