Şəmkirdə iki avtomobil toqquşub, ölən var


09:22     27 İyun 2021 21_06_27_1624770787.jpg

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.

Göygöldə gənc qız sirkə turşusundan zəhərlənib
Avtoqəza zamanı "QAZ 31" və "VAZ 2107" markalı iki avtomobil toqquşub. Nəticədə bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməldaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 871