Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlandı


14:08     27 İyun 2021 21_06_27_1624789866.jpg


Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlayıb.

Femida.az Sputnik Ermənistana istinadən xəbər verir ki, nəticələrə əsasən, Nikol Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyası 53,91 faiz, yəni 688 761 səs toplayıb. Sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,9 faiz, yəni 269 481 səs, “Mənim şərəfim var” bloku isə 5,22 faiz, yəni 66 650 səs qazanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 922