Ermənilərə Suqovuşanda cəsəd qalıqlarının axtarışı üçün icazə verildi


14:12     28 İyun 2021 21_06_28_1624874892.jpg

Ermənistan Azərbaycan ərazisində İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş hərbçilərinin qalıqlarının axtarışlarını bərpa edib.

Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, cəsəd qalıqlarının axtarışı bazar ertəsi səhər saatlarından başlayıb. Axtarış əməliyyatları Ağdərə istiqamətində, Suqovuşanda həyata keçiriləcək.

Xatırladaq ki, İrəvan rəsmi olaraq indiyə kimi axtarış müddətində 1585 nəfərin cəsədi və ya cəsəd qalıqlarının tapıldığını və ya Ermənistan tərəfinə verildiyini bəyan edib. Yerli media isə, əslində rəqəmlərin iki dəfə çox olduğunu yazır.

Femida.az

Açar sözlər:

Oxunub: 582