Gürcü deputat parlamentdə Rusiya himnini səsləndirdi


14:56     28 İyun 2021 21_06_28_1624877821.jpg


Gürcüstan parlamentinin növbədənkənar iclasında Rusiyanın dövlət himni eşidilib.

Himni müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Nona Mamulaşvili İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsinin sədri Mixeil Sarcveladze çıxış edərkən mobil telefonu vasitəsilə səsləndirib.

Bundan sonra qanunverici orqanda səs-küy yaranıb. Parlamentin sədri Kaça Kuçava xanım deputatın hərəkətini utancverici adlandırıb.

“Bravo, bravo! Gürcüstanın müstəqillik aktının imzalandığı yerdə siz Rusiya himnini səsləndirdiniz”, - spiker deyib.

Qeyd edək ki, iclasda baş nazir İrakli Qaribaşvilinin illik hesabatı ilə bağlı siyasi debatlar keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 3492