Türkiyədə bu gün koronavirusdan 58 nəfər ölüb


21:26     28 İyun 2021 21_06_28_1624901249.jpg

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) daha 58 nəfər həyatını itirib.

Femida.az -ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 525 nəfər test edilib, onların 5283-nün koronavirus testi pozitiv nəticə verib, 5327 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 751 nəfər olub. Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 634 nəfər ölüb.

Türkiyədə indiyədək 5 414 310 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 280 558 nəfəri müalicə olunaraq evə buraxılıb.

Açar sözlər:

Oxunub: 711