Lənkəranda xadiməni elektrik cərəyanı vuraraq öldürüb


20:22     29 İyun 2021 21_06_29_1624976560.jpg

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

Lənkəran Şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsində müqavilə əsasında xadimə işləyən Kifayət Bayram qızı Quliyevanı elektrik cərəyanı vurub.

Hadisə Zərifə Əliyeva küçəsi 75/1-2 ünvanında yerləşən yaşayış binasının həyətindəki 1600 kVt-lıq elektrik yarımstansiyasında qeydə alınıb.

Məlumata görə, Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Kifayət Quliyeva paltarını dəyişmək üçün yarımstansiyaya daxil olub və bu zamanı onu elektrik cərəyanı vurub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. /
Report

Femida.az

Açar sözlər:

Oxunub: 417