Daha 247 dərman vasitəsinin qiyməti təsdiq edildi


17:12     30 İyun 2021 21_06_30_1625058759.jpg

Yeni dövlət qeydiyyatına alınan 247 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Femida.az xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurasının bugünkü iclasında qərar qəbul olunub.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12 689 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytında “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 422