Çavuşoğlu Lavrovla Qarabağdakı vəziyyəti müzakirə ediblər


18:27     30 İyun 2021 2021/06/lavrov-cavusoglu_1625063307.jpg

“Qarabağdakı vəziyyət bu gün regionla bağlı müzakirələrimizin mövzularından biri olub”.

Femida.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Antalya şəhərində görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Suriya, Liviya və Əfqanıstandakı vəziyyət də müzakirə olunub: “Məqsədimiz bütün bu ölkələrdə sabitliyin, dincliyin və sülhün daimi olmasıdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 448