Lavrov: “Qarabağ məsələsində səylərimizi sıx şəkildə koordinasiya edirik”


18:59     30 İyun 2021 2021/06/1738451672_0_46_3149_1817_1920x0_80_0_0_7857f3760450bb972eb6c968b244be8f_1625065267.jpg

“Qarabağ məsələsində səylərimizi sıx şəkildə koordinasiya edirik”.


Femida.az-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Bakı və İrəvan da bu məsələdə məsafə qət etmək üçün dialoqu davam etdirir.

Regionda bütün nəqliyyat əlaqələrinin bərpasının əhəmiyyətinə toxunan S. Lavrov Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini təqdir etdiklərini vurğulayıb: “Əminik ki, ümumilikdə vəziyyətin kompleks stabilləşməsi Cənubi Qafqazda nəqliyyat kommunikasiyasının açılmasına, bu regionda yerləşən ölkələrin, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə çoxplanlı iqtisadi əməkdaşlığın irəliləməsi səylərinə xidmət edəcək”.

Açar sözlər:

Oxunub: 338