Jurnalistlər üçün SMM təlimi keçiriləcək


13:06     01 İyul 2021 21_07_01_1625130650.jpg


Avrora Qrup “Sosial-ictimai məsuliyyət” dəyərini rəhbər tutaraq “Milli Mətbuat Günü” ilə əlaqədar onlayn media nümayəndələri üçün “Sosial media idarəçiliyi: trendlər, problemlər və həlləri” mövzusunda təlimə start verəcək.

Femida.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanda onlayn media sahəsində çalışan jurnalistlərin günümüzün aktual sahələrindən biri olan sosial media idarəçiliyində peşəkarlıqlarının artırılması və xəbər protallarına aktiv oxucuların cəlb edilməsidir.

Təlimdə iştirak üçün jurnalistlər öncədən qeydiyyatdan keçməli və aşağıdakı şərtlərə tam əməl etməlidir:

• Minimum 1 il jurnalist kimi xəbər portallarıda aktiv çalışmış olmalı
• Jurnalist vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin skan olunmuş variantı
• Təlimlə bağlı məlumatın çalışdığı xəbər portalında yayımlanması
• Təlimdə iştirak üçün 100-200 sözdən ibarət istək məktubu (motivation letter)
• Hər redaksiya üçün say limiti-1 nəfər
• Təlim üçün qeydiyyat linki: https://forms.gle/RL4zGERfV8ymiZ9P9
• Son qeydiyyat tarixi: 06.07.2021

Təlimdə iştirak üçün yerlər məhdud olduğu üçün ilk qeydiyyatdan keçmiş və yuxarıdakı tələblərə cavab vermiş 30 nəfər təlimdə iştirak hüququ qazanacaq. Təlim sonrasında iştirakçılara sertifikatlar təqdim olunacaq.
Təlimdə iştirak etmək istəyən jurnalistlər suallarını [email protected] elektron ünvanına göndərə və ya 0556900966 telefon nömrəsi vasitəsi ilə əlaqə saxlayaraq verə bilərlər.



Femida.az

Açar sözlər: #jurnalist   #təlim   #media  

Oxunub: 527