Britaniya Azərbaycanın plastik qablarla bağlı qərarını alqışlayır


20:29     01 İyul 2021 2021/07/plastik_1625157058.jpg

Böyük Britaniya Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların idxalı, istehsalı və satışının qadağan edilməsini alqışlayır.

Bu barədə "Report"a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Əla xəbərdir! Bu gün mühüm gündür. Hər il milyonlarla ton plastik qab okeanlara atılır. Biz plastikdən istifadəni azaltmaq, təkrar istifadə və təkrar emal vasitəsilə birlikdə ətraf mühiti qorumalıyıq. Yalnız birlikdə dəyişikliyə nail ola bilərik", - Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 667