Qarabağda daha 2 erməni hərbçinin cəsədi tapıldı


21:01     01 İyul 2021 2021/07/27057-1625157398_1625158934.jpg

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Hadrut, Cəbrayıl, Füzuli rayonları ərazisində aşkar edilib. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 590 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Açar sözlər:

Oxunub: 594