Ötən ay Azərbaycanda 9 nəfər minaya düşüb - 4 nəfər ölüb


12:14     02 İyul 2021 mina.jpg

2021-ci ilin iyun ayında Azərbaycanda 3 mina partlayışı zamanı 8 mülki şəxsin və 1 hərbçinin mina qurbanı olduğunu qeydə alınıb.

Bu barədə Femida.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyasından məlumat verilib.

Bildirilib ki, bu hadisələr nəticədə 4 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb.

İyun ayında minalarla bağlı hadisələr Tovuz, Kəlbəcər və Ağdam rayonlarının ərazisində baş verib.

Ümumilikdə bu il ərzində Azərbaycanın 68 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bunlardan da 21 nəfəri həlak olub.

Femida.az

Açar sözlər:

Oxunub: 761