FHN-nin əməkdaşları mükafatlandırılıb


09:26     03 İyul 2021 2021/07/60dff135a143c60dff135a143d162528901360dff135a143960dff135a143b_1625290060.jpg

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin bütün əməkdaşlarını mükafatlandırıb.

Femida.az-ın məlumatına görə, Ağdamın Quzanlı qəsəbəsində təşkil olunan tədbirdə dövlət rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəhbərliyi, Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaqla Birliyin idarə heyəti, ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər 44 günlük haqq savaşında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında fədakarlıq göstərmiş ordumuzun xalqımızın 30 illik Qarabağ həsrətinə son qoymalarından, qazanılmış tarixi qələbə zəfərindən qürurla danışıblar. Qeyd ediblər ki, 44 günlük Vətən Müharibəsi zamanı FHN-nin əməkdaşları, yerli əhalinin təhlükəli ərazilərdən çıxarılması, sığınacaqlara yerləşdirilməsi, ermənilərin atdığı top və raket mərmiləri nəticəsində baş verən yanğınların söndürülməsi, dağıntı altında qalan yaralıların xəstəxanalara yerləşdirilməsi, meyitləri adiyyatı qurumlara verməsi ilə yanaşı həm də sığınacaqda yerləşdirilən 10 minlərlə mülkü əhalinin yemək, geyim və yatacaqla təmin edib.

Keçirilən mükafatlandırma mərasimində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin 120 nəfər şəxsi heyətinə fəxri, diplom və hədiyyələr təqdim edilib.

Açar sözlər:

Oxunub: 464