Vaqif Əsədov təltif edildi


13:59     03 İyul 2021 21_07_03_1625303621.jpg

Polis Günü ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) təltif edilən əməkdaşı arasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov da var.


Femida.az -ın xəbərinə görə, V.Əsədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən “Azərbaycan Polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Qeyd edək ki, nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev DİN-in fəxri fərmanı ilə, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov əla xidmətlərə görə döş nişanı təltif edilib. DİN-in Mətbuat xidmətinin inspektoru Anar Qafarova isə növbədənkənar polis mayoru rütbəsi verilib.

Açar sözlər:

Oxunub: 1395